“ATƏT-in Bakı Ofisi yaxın günlərdə sərbəst toplaşma azadlığının təmin edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə hər hansı müzakirə aparmağı planlaşdırmır”.
Bu barədə qurumun Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov Modern.az-a bildirib.
“Hal-hazırda bu məsələ ilə bağlı hər hansı təşəbbüs yoxdur”-deyə R.Hüseynov qeyd edib.
Qeyd edək ki, müxalifət partiyaalrının çəmləşdiyi İctimai Palata iyunun 19-na Bakı şəhərində mitinq keçirmək qərarı verib. İP-nin bundan əvvəl aksiya keçirmək cəhdi uğursuz olub. Belə ki, BŞİH müxalifət partiyalarına onların təklif etdikləri yeri deyil, şəhərdən uzaq meydança təklif edib. Nəticədə şəhərin mərkəzində mitinq təşkil edən müxalifət partiyalarının aksiyasını polis dağıdıb.
ATƏT-in Bakı Ofisi bir neçə dəfə aksiyaların yer ayrılması ilə bağlı danışıqlara cəhd etsə də, hakimiyyət rəsmiləri bundan imtina edib.
Modern.az