Modern.az

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri İtaliyada bir yerdə olacaq

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri İtaliyada bir yerdə olacaq

1 İyun 2011, 14:14

Azərbaycan prezidenti İlham Əliyev sabah İtaliyaya işgüzar səfərə gedəcək. Səfərin məqsədi vahid İtaliya dövlətinin yaranmasının 150 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etməkdir.
Modern.az-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan da bu gün İtaliyaya yola düşür. O da həmçinin İtaliya dövlətinin bayram tədbirində iştirak üçün dəvət alıb.
Bir sıra dövlət başçılarının dəvət aldığı bu bayrama həmçinin Rusiya prezidenti Dimitri Medvedev də qatılacaq.

Türkiyənin baş naziri Ərdoğanın da tədbirə gedəcəyi gözlənilir.  

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular