Modern.az

“Avronest” erməniləri təşvişə salıb

“Avronest” erməniləri təşvişə salıb

1 İyun 2011, 15:01

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə yaradılan Avropa İttifaqı Şərq Qonşuluğu Parlament Assambleyasının (“Avronest”) fəaliyyəti quruma daxil olan ermənilərin narahatlığına səbəb olub.
“Avronest”ə üzv olan erməni nümayəndə heyəti bu qurmun Rusiyanın əleyhinə olacağından ehtiyat edir. Bu barədə Ermənistanın adıçəkilən qurumda olan nümayəndə heyətinin rəhbəri Vaan Ovanisyan deyib ki, Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəində yaradılmış “Avronest” Rusiya əlehinə yönəlmiş ciddi layihəyə çevrilə bilər. 

““Avronest” ciddi antirusiya layihəsinə çevrilə bilər. Bu isə bizi heç vəchlə qane etmir. Biz öz iştirakımız və səyimizlə “Avronest”də balansın saxlanmasına nail olmalıyıq”-deyə Ovanisyan bildirib. 

Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinin Parlament Assableyası olan “Avronest”də 110 deputat fəaliyyət göstərir. 110  deputatdan ibarət olan qurumda 60 deputat Avropa Parlamentini təmsil edir. Bundan başqa Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna tərəfindən hər ölkəni 10 nəfər bu paralment assambleyasında təmsil edir.

May ayının əvəvlində Brüseldə bu qurumun birinci iclası keçirilib.  Burada Ukrayna nümayəndə heyətinin rəhbəri Boris Tarasyuk və Bolqarıstanın Avropa Parlamentində təmsil edən nümayəndəsi Kristian Viqenin “Avronest”in həmsədrləri seçilib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular