Modern.az

Cavid Qurbanov doğum gününü qeyd edir  

Cavid Qurbanov doğum gününü qeyd edir   

Aktual

19 Sentyabr 2017, 12:10

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 59 yaşı tamam olub. Modern.az saytının məlumatına görə, C.Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1975-ci ildə Kəlbəcər rayonunda orta məktəbii bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru işləyib.

1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb.  

1980-1981-ci illərdə “Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.


1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 


1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib.

Daha sonra isə 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 

1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb.


2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb. 

2007-ci ilin fevral ayında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsində işləməyə başlayıb.
09.02. 2015-ci il tarixindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutur.


123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Texniki elmlər namizədidir.

C.Qurbanov Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi