Modern.az

Fuad Muradov: “Avropa bu məsələyə biganə qalmayacaq”

Fuad Muradov: “Avropa bu məsələyə biganə qalmayacaq”

1 İyun 2011, 17:11

Bu gün 143 atom elektrik stansiyası var ki, onlar da 14 ölkədə yerləşir. İlk vaxtlar atom enerjisinin istiliyi nə qədər məstedici idisə, indi ondan da çox təhlükəlidir.

Yaponiyadakı son hadisələri bu mənada bir həyəcan siqnalı kimi də dəyərləndirmək olar. Məhz atom enerjisi ilə bağlı son hadisələr Avropada çox ciddi narahatlıq doğurur.

Onu da bildirək ki, Avropa Birliyi Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası barədə ciddi ölçü götürülməsini istəyib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekoloigiya komitəsinin üzvü, AVRONEST-ın Enerji komitəsinin həmsədri Fuad Muradov bildirib ki, əslində bu məsələ hələ Yaponiyada  Fukişima AES-dəki qəzadan da əvvəl Avropada müzakirə olunurdu.
“Xususi olaraq da atom enerjisində olan radioaktiv tullantıların basdırılması ilə bağlı ciddi narahatliqlar var idi... Çünki bir çox hallarda Avropa ölkələri həmin tullantıları üçüncü ölkəyə göndərirdi. Hələ 3-4 il bundan əvvəl bu müzakirələr Avropada başlamışdı. Həm tullantıları üçüncü ölkəyə göndərən zaman yaranan təhlükə, ümumiyyətlə, o tullantıların saxlanılması ilə bağlı olan təhlükə...
Təbii ki, “Fukişima 1”də baş verən qəzadan sonra olan hadisələr bütün dünyanı, xüsusi olaraq Avropanı ciddi narahat etdi. Bu gün ən çox atom enerji stnsiyaları Avropa ölkələrindədir. Almaniyada da var”.
Deputat deyir ki, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottingerdir: “O, alman mənşəli çox yaxşı mütəxəssisdir. Artıq bir çox maraqları nəzərə alaraq, bütün Avropa ölkələrində olan atom elektirik stansiyalarının monitorinqi keçiriləcək. Bu gün Ermənistanda olan Atom Elektirik Stansiyası region üçün böyük bir təhlükədir. Bilmək lazımdır ki, Yaponiyadakı atom stansiyası tək bu ölkə üçün deyil, bütün dünya üçün təhlükə yaratdı. Bu mənada

Ermənistandakı stansiyaya da eyni prizmadan yanaşmaq lazımdır. Hesab edirik ki, Ermənistandakı stansiya da monitorinq edilməlidir. Çünki bu stansiya daha ciddi fəsadlar verə bilər. Hər halda, Avropa bu məsələyə biganə qalmayacaq”.

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj