Modern.az

Dilçi alimin “Müasir Azərbaycan dili” dərsliyi çap olundu  

Dilçi alimin “Müasir Azərbaycan dili” dərsliyi çap olundu   

Aktual

19 Sentyabr 2017, 10:30

Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun“Müasir Azərbaycan dili” dərsliyi işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, dərslik Müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi proqramının tələbinə uyğun yazılıb.

Kitabda sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və in­to­nasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümələlər, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.

Kitab ali  məktəb tələbələri üçün faydalı dərs vəsaiti olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi