Modern.az

QHT Şurası korrupsiyaya qarşı mübarizə ilə bağılı müsabiqənin qaliblərini seçdi (SİYAHI)

QHT Şurası korrupsiyaya qarşı mübarizə ilə bağılı müsabiqənin qaliblərini seçdi (SİYAHI)

Qarabağ

1 İyun 2011, 17:30

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi yekunlaşdı.

Şuradan Modern.az-a bildirlib ki, ümumi fondu 50 000 manat olan müsabiqəyə 51 layihə təklifi daxil olub, bütövlükdə Şuradan tələb edilən məbləğ 415 000 manat təşkil edib.

Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 11 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Qalib QHT-lər aşağıdakılardır:

1. ProDemos İctimai Birliyi

2. Sahibkarlığın və Bazar Iqtisadiyyatının İnkişaflna Yardım Fondu

3. Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimi Birliyi

4. “Praksis” Sosial Inkişafa Dəstək ictimai birliyi

5. Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyi

6. Antikorrupsiya Araşdırmalar Mərkəzi

7. Hüquq və İnkişaf” İctimai Birliyi

8. Tacirlər və Istehsalçılar Birliyi (TİB)

9. Korrupsiyaya qarşı Mübarizə Fondu

10. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi

11. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal