Modern.az

Ali məktəblərə sənəd qəbulu başa çatdı (STATİSTİKA)

Ali məktəblərə sənəd qəbulu başa çatdı (STATİSTİKA)

1 İyun 2011, 18:13

İyunun 1-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb.  
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizə doldurub və aprelin 27-dən iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdiriblər.

Qeyd edək ki, ərizələrin SQK-larda təsdiqi üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, elektron ərizə doldurmuş, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin sayının çox olması nəzərə alınaraq, ərizələrin təsdiqinin 1 iyun 2011-ci il saat 17:00-dək  uzadılması barədə qərar qəbul edilmişdi.  

İlkin statistik məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 110426 abituriyent elektron ərizəsini təsdiq etdirib.   

Aşağıdakı cədvəldə bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında ilkin statistik məlumat təqdim olunur: 

İxtisas qrupları 

 

Bolmə 

I qrup 

II qrup 

III qrup 

IV qrup 

Cəmi 

Azərbaycan 

31706  

23876  

29521  

14089  

99192  

Rus 

3281  

3194  

3338  

1421  

11234  

Cəmi 

34987  

27070  

32859  

15510  

110426  



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər