Modern.az

İran müxalifət liderinin qızı atasının dəfni zamanı vəfat edib

İran müxalifət liderinin qızı atasının dəfni zamanı vəfat edib

1 İyun 2011, 18:32

İran müxalifətinin liderlərindən sayılan İzzətulla Səhabinin dəfni zamanı onun qızı Halə Səhabi qəflətən vəfat edib. Modern.az “Mehr” Agentliyinə istinadən bildirir ki, həbsxanada olan Halə Səhabi atasının dəfnində iştirak etmək üçün müvəqqəti olaraq həbsxanadan buraxılıbmış.

54 yaşı müxalifət fəalı Halə Səhabi dəfn zamanı polis qarşıdurması nəticəsində ölüb. Belə ki, müxalifət tərəfdarları ilə polis arasında qarşıdurmada Halə ürəyinin dayanması nəticəsində yerə yıxılıb.

İran müxalifət hərəkatı Şurasinin rəhbəri olan İzzətulla Səhabi mayın 29-da 82 yaşında Tehran hospitalında vəfat edib. 1953-cü ildən fəal siyasətdə olan Səhabi şah rejimi və Xomeyni zamanında 15 ilə qədər həbsdə yatıb. Səhabi İranın Büdcə və Planlaşdırma Təşkilatının rəhbəri olub. O həmçinin İran parlamentinin üzvü olub. Səhabi 2009-cu ildə prezident seçkilərindən sonra həbs edilib və 11 il həbs cəzası alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular