Bir neçə gün öncə Milli Məclisin İnsan hüquqları komitəsində “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər olunub.
Qeyd edək ki, bu dəyişikliklər cəmiyyətimizdə birmənalı qarşılanmır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu barədə Modern.az saytına genış açıqlama verib.
Millət vəkili qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul edilib:
“1992-ci ildən bu günə qədər bu qanuna çoxlu sayda əlavə və dəyişikliklər edilib. Söhbət ondan gedir ki, bu əlavə və dəyişikliklərin mahiyyəti nədən ibarətdir. Əvvəla, bu qanun 1992-ci ildə qəbul ediləndə Azərbaycanda yeni müstəqillik əldə edilmişdi. O illərdə sovet ideologiyasının çökməsi ilə əlaqədar ideoloji məkanda bir vakuum yaranmışdı, yeni ideologiya formalaşmamışdı. Bu baxımdan Azərbaycanda dini durumun doğru, düzgün tənzimlənməsi ilə əlaqdar bir zərurət meydana çıxmışdı. Ona görə də bu qanun qəbul olunmuşdu. Ancaq qanunun qəbul olunması mövcud durma ciddi təsir edə bilmədi. 1992-ci ldə bu vakuumu dolduran ayrı-ayrı məqamlar oldu. Müxtəlif təsirlər, müxtəlif zərərli təriqətlərin Azərbaycana axını başladı və hətta həmin dövrdə Azərbaycanda tikilən çoxlu sayda məscidlər var idi. Onlardan biri Küveyt, biri İran, digəri Səudiyyə Ərəbistanı tərəfindən maliyələşdirilirdi. O dövr müstəqillik dövrü, müstəqillik tarixi, Azərbaycanın milli mənəvi köklərə, xüsusilə dini dəyərlərə qayıdışı dövrü idi. Bu dövrdə insanlar öz dini etiqadlarını gerçəkləşdirə bilmələri üçün həmin o məscidlərə gedirdilər. Azərbaycanda sovetlər dönəmində 18 məscid və 2 böyük ziyarətgah yeri var idi. Onlardan 11-i şiə məscidi idi, 5-i sünni məscidi və 2-i isə qarışıq məscid idi. Müqəddəs yerlər Mir Mövsüm ağa ziyarətgahı və Gəncədəki İmamzadə adlanan yer idi. Lokal xarakterli müqəddəs yerlər isə çox idi. Birdən-birə insanlara öz dini etiqadlarını gerçəkləşdirmək imkanı veriləndə qarışıqlıq yarandı. Ayrı-ayrı yerlərdə çoxlu sayda məscidlər tikildi və yerlərdə bu məscidlərin tikilməsi ilə əlaqədar başqa ölkələrdən bura çoxlu sayda, istər xristian mənşəli, istər İslam mənşəli, əhəmiyyəti yoxdur, ayrı-ayrı təriqətlərin axını başladı.
1995-ci ildə Konstitusiyamızın qəbul olunması ilə əlaqədar olaraq bu məsələlərin tənzimlənməsi yolunda birinci addım atıldı. Yəni Konstitusiyada vicdan azadlığı hüququ təsbit olundu və bu “Dini etiqad azadlığı haqqında” qanunda olan müddəaların bir az da dədiqləşdirilməsi idi. Ancaq durum yenə də düzəlmirdi. Yenə də missonerlərin Azərbaycana axını davam edirdi”.
Həmsöhbətimiz bildirir ki, 1997-ci ildə “Dini etiqad azadlığı haqqında” qanuna düzəliş edilib: “Çox vacib düzəliş edildi, bununla da Azərbaycana gələn missioner təriqətlərin, cərəyanların qarşısı alındı. Azərbaycanda hər hansı dini icmanı yalnız Azərbaycan vətəndaşı yarada bilərdi, xaricdən gəlmiş hər hansı təriqət nümayəndəsi icma yarada bilməzdi. Beləliklə, dini durumun və Azərbaycanın bu mənəvi məkanın sağlamlaşdırılması yolunda addımlar atıldı. Sonra müəyyən vaxtlarda digər addımlar da atıldı.
Zaman hadisələrin xarakteri ilə gedir, istər sosial, siyasi, iqtisadi, mədəni, istərsə də dini baxımdan... Azərbaycan həmişə özünü təcrid fikrindən çox uzaqdır və dünyanın müxtəlif ölkələri ilə əlaqələri var, o cümlədən də dini əlaqələr... Təbii ki, qanundankənar heç bir şey ola bilməz. Bu baxımdan qanuna bir az dəyişiklər etməliyik. Yeni əlavələr də etmişik: peşəkar dini fəaliyyət və din xadimi ilə bağlı maddə. Əvvəlkində bu yox idi. 1992-ci ildə qəbul edilən qanunda belə bir maddə var idi, amma adı belə deyildi, tamam başqa ad idi. O vaxt bütün dinlərin qanun qarşısında bərabərliyi var idi. Ancaq bu, artıq Konstitusiyada var və ona ehtiyac yoxdur. Burada biz peşəkar dini fəaliyyət və din xadimi məsələsini gündəmə gətirmişik. Niyə bu iki başlıq. Gəlin belə götürək, 1992-ci ildə Azərbaycanda peşəkar dini fəaliyyət və din xadimi var idimi? Və o zaman Azərbaycanda çox az adam var idi ki, onlar dini təhsilə malik idilər. Niyə? Çünki sovetlər dönəmindəı dini təhsil çətin məsələ idi. İraqa, Səudiyyə Ərəbistanına getmək mümkün deyildi, sovetlər buna icazə vermirdi. Yalnız Özbəkistanda mövcud olan universitetdə təhsil alırdılar. Məsələn, şeyximiz Allahşükür Paşazadə orada təhsil alıb. Demək istəyirəm ki, dini təhsilli adamlarımız çox az idi. Ona görə din xadimi, peşəkar fəaliyyət nədir, əsil din xadimi kimdir, bu məsələ 1992-ci illərdə gündəmə gələ bilməzdi. Ancaq bu gün baxaq. Müstəqilliyin ən mühüm məqamlarından da biri odur ki, o bütün sahələrdə kadr bolluğu yaradıb. Bu gün Azərbaycanda İslam Universiteti var, Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi var. Xaricdə təhsil alan gənclərimiz var. Bu gün Azərbaycanda yüksək zəkalı, intellektə malik, ilahiyyatı, din fəlsəfəsini gözəl bilən insanlar var. O şəxslər var ki, bunlar dini fəaliyyəti müstəqil gerçəkləşdirə bilər. Ona görə biz bu müddəanı qanuina əlavə elədik. Bununla Azərbaycan cəmiyyətini ilahiyyatçı, din xadimi haqqında yalnış təsəvvürdən uzalqşdırırıq. O bilməlidir ki, əsl illahiyatçı, din xadimi, ilahiyyat alimi doğurdan yüksək təhsilə malik olan, insanların etiqadına, ibatədinə bir tərbiyəvi önəm verən insan olmalıdır. Bu böyük nüfuza sahib bir şəxs olmalıdır. Bu böyük din xadimlərinin biliyi, bacarığı, dini bilməsi, insanlarla ünsiyyəti, insanın ruhuna təsir etmə qabiliyyəti olmalıdır. Onun səsindən tutmuş insanlara dediyi sözün məntiqi fəlsəfəsi də çox yüksək olmalıdır. Bu, çox həssas mövzudur. Ona görə burada bu məqamı sənədə daxil etmək çox vacib idi. Mən indi parlamentdə bunu təqdim edəndə arayış şəklində də olsa, Azərbaycanda din xadimi və insanların artıq zaman-zaman münasibətinin ona dəyişməsi barədə arayış verəcəm”.
R.Aslanova bildirir ki, 20-ci əsrin əvvəllərində Bakının ən böyük xeyriyyəçilərindən olan Hacı Zeynalabdin Tağıyev o zaman peşəkar, çox yüksək savada, biliyə malik, istedadlı din xadimlərinin olmamasından sanki əziyyət çəkirdi və bu, onu çox narahat edirdi:
“Bu insan həm dünyəvi, həm də dini biliklərə önəm verirdi. Onun pulu ilə Avropa universitetlərində təhsil alan o qədər Azərbaycan ziyalısı var ki... Ancaq o bilirdi ki, bununla yanaşı, Azərbaycana həm də gözəl bilikli din xadimləri lazımdır. Çünki din əbədiyaşar bir sərvətdir. Ona görə də o İraqda böyük Bakı-İraq məktəbi açdırmışdı. Burdan İraqa insanlar göndərilirdi ki, yüksək təhsil alsınlar və geri qayıtsınlar”.
Peşəkar din xadimi ifadəsinin hansı anlam verməsinə gəlincə, deputat qeyd edib ki, peşəkarlıq təhsilini fərqlənmə ilə bitirənə deyilir:
“Ancaq sadəcə təhsil almaq ayrı məsələdir. Biz ötən dəfə etdiyimiz dəyişikliyə əsasən, xaricdə təsil alıb gələnlər bizdə o fəaliyyəti gerçəkləşdirmir, onlar əsasən elmi fəaliyyəti gerçəkləşdirir.
Bilirsiniz, din xadimi mühənsdis, həkim deyil. Bu, elə bir məsələdir ki, danışmağa başlayarkən, bu və ya digər hər hansı məsələyə münasibətini bildirərkən, qarşı tərəf dərhal onun savadlı olub olmadığını bilir. Azərbaycan xalqı o mənada kifayət qədər biliklidir. Savadlı molla ilə savadsız mollanı ayırmağa nə var ki... Axund nağıl danışmır. Bu İslamın ən ali prinsipləri, yüksək mənəvi prinsiplərini insan mənəviyyatını saflaşdrılmağa yönəlik prinsipləri insanların təbliğatına yönəldirsə, bu, dövlətin marağı deyil, dövlətin mənafeyi deyil?”.
Sənədə edilən digər dəyişikliklər barədə isə komitə rəhbəri bunları söylədi:
“On doqquz dəyişiklik edilib. Dini qurumlar tərəfindən gəncləri və yaşlıları müqəddəs kitabları öyrənmə kursları da tənzimlənməlidir. Bilirsiniz, bu gün ayrı-ayrı Quran kursları və s. kurslar var. Bu kurslar öz-özlüyünə fəaliyyət göstərə bilməz. Kim bilir, orada sətiraltı nələr deyilir... Buna nəzarət olmalıdır. Bu heç də insan hüquqlarının pozulması demək deyil. Bunu insan hüquqlarının pozulması kimi qəbul edən insanlara cavab olaraq deyirəm ki, hər şeydən öncə mənim dövlətimin milli təhlükəsizlik məsəsləsi durur. Ona görə də bunlara mütləq nəzarət olmalıdır.
Digər bir dəyişiklik Azərbaycanda fəaliyyət göstərən İslam dini qurumlarının Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etmələri ilə bağlıdır. Bu, bir az bəziləri tərəfindən narazılığa səbəb olub ki, necə ola bilər ki, ayrı-ayrı icmalar hesabat versinlər. Mən belə düşüncələrə təəsüflənirəm. Biz keçən il bir dəyişiklik etdik və dəyişiklikdə bildirdik ki, İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müfaviq icra hakimiyyəti orqanına məlumat verməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. Təyin edildikdən sonra sən hesabat verməməlisən? Mən təyin etmişəm, demək mən məsuliyyəti üzərimə götürmüşəm. Ona gərə də təyin olunan təyin edənə fəaliyyəti barədə hesabat verməlidir. Əgər sənin fəaliyyətində hanısa neqativ hal yoxdursa, hanısa səni narahat edən məqam yoxdursa, il ərzindəki fəaliyyətin haqqında, necə xütbə vermisən, nə oxumusan, nə qədər insanı qəbul etmisən, hansı problemlər haqqında danışmısan, bunlar haqqında hesabat verməkdən niyə qorxmalısan... Qafqaz Müsəlmanları İdarəsi tarixən Azərbaycanda mövcud olan və bu gün də yüksək nüfuza malik bir mərkəzdir.
Hələ çar Rusiyası dövründə müqəddəs Simon 1872-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin statusunu vermiş və onu Tiflisdə yaratmışdı. Necə olur ki, çar Rusiyasında çar bunun statusunu müəyyən edir, bu gün Azərbaycanda olan bəzi insanlar Qafqaz Müsəlmanları İdarəsinin yüksək statusunu şübhə altına salmağa çalışır? Niyə olmalıdır? Biz Qafqaz Müsəlmanları İdarəsinin nüfuzunu bir az da yüksəltməliyik. Ayrı-ayrı icmaların nəylə məşğul olaması, nə etməsi və s. mən şübhə altına salmaq istəmirəm, ancaq bir haldakı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam var və bu şeyxülsilam Qafqazın - Ermənistan, Gürcüstan, Rusiya, Şimali Qafqazın hər birinin şeyxülsilamıdır. Sənəddə də belə yazılıb: Qafqaz Müsəlamanları İdarəsi Azərabaycan Respublikasında, Ermənsitan Respublikasında, Gürcüstanda, Rusiya Federasiyasında, Şimali Qafqaz ərazisində yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi İslam dini ali mərkəzidir. Əgər bu tarixi İslam dini ali mərkəzidirsə, mən bu tarixiliyi, bu statusu bundan alıb adi Qeyri-Hökümət Təşkilatı kimi adi icmaya çevirməliyəm. Mən tarixən mövcud olan qrumumu niyə itirməliyəm? Niyə başqa icmalarla eyniləşdirməliyəm? Bu baxımdan qeyd etdiyim çox vacib məsələdir. Hesab edirəm ki, getdikcə bunu daha da genişləndirəcəyik.
Sənəddə dini qrumların işçilərinin sosial sığortası, pensiya təminatı haqqında da yeniliklər var. Axı bu adamlar da işləyirlər. Ona görə də dini qrumların işçilərinin sosial sığortası “Sosial sığorta haaqında” Azərbaycan Respublikasının Qanunu, “Pensiya Təminatı və Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və s.”.
R.Aslanova deyib ki, ən vacib məsələlərdən biri isə dövlət mülkiyyətində olan dini, tarix və mədəniyyət abidələrinin özəlləşdirilməsinə və Azərabycan Respublikasının milli mədəniyyət əmlakının dövlət siyahısına daxil edilmiş təyinatı, mədəniyyət sərvətinin mülki dövrüyyə olmasına yol verilmir: “Yəni heç özəlləşdirmə ola bilməz, ancaq siz bilirsiniz ki, Azərbaycanda belə hallar olub. Müəyyən tarixi abidələrə məxsus torplaqların özəlləşdirilməsi, yəni abidələrin sökülməsi və s. hallar olub. Bunların heç biri özəlləşdirilmir və bunlar böyük bir mədəni irsdir və s.”.
Aytən ƏLİYEVA