Modern.az

Tovuzda qəza: yaralananlar var

Tovuzda qəza: yaralananlar var

20 Sentyabr 2017, 18:33

Tovuz rayonu ərazisində yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Quşçu-Qovlar yolunda baş verib. Qovlar qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi