Gənclər Təşkilatları Milli Şurası “VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turunu Neftçalada keçirib. Yarışmadan əvvəl rayon təhsil, gənclər və idman idarələrinin əməkdaşları, məktəblilər, müəllimlərin iştirakı ilə açılış mərasimi keçirilib. Milli Şuranın regionlar üzrə departamentinin katibi və cənub bölgəsi üzrə işçi qrupunun rəhbəri Ziya Ağayev bildirib ki, hər bir azərbaycanlı ərazi bütövlüyü üçün əlimizdən gələni etməlidir. Bu kampaniyanın məqsədlərindən biri də budur. Rayon təhsil şöbəsinin nümayəndəsi çıxış edərək gənclərə yarışmada uğurlar arzulayıb. 150 neftçalalı gənc kampaniyada iştirak edin. Onlardan iki nəfər respublika turuna vəsiqə qazanıb.
Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Modern.az