Modern.az

BDU-nun doktorantı Yaponiyada tədqiqat aparacaq

BDU-nun doktorantı Yaponiyada tədqiqat aparacaq

Aktual

21 Sentyabr 2017, 11:21

Bakı Dövlət Universiteti Fizika fakültəsinin doktorantı Almara Rəhimli Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində  tədqiqat işi aparacaq.

 

Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu tərəfindən maliyyələşdirilir. Almara Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmus titan-dioksid nanohissəciklərini yeni metodla sintezi vəxassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olacaq.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetində son zamanlar doktorantların ikili rəhbər məsələlərinə xüsusi diqqət yetirilir.

 Doktorant Almara Rəhimlinin elmi rəhbərlərindən biri BDUnun Fizika fakültəsinin dekanı,professor Məhəmmədəli Ramazanov, digəri isə Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi