İsrailin Hayfa şəhərində “ELM, TEXNOLOGİYA VƏ İNNOVASİYA: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili, Azərbaycanın AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva konfrans çərçivəsində İsrailin 3 böyük universitetini ziyarət edib.
Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev və rektoru David Faraqi, Herbu Universitetinin, Veizman Elm İnstitutunun rəsmiləri ilə görüşüb.
Azərbaycanla elm, təhsil sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayan universitet rəsmiləri ilə görüş və fikir mübadiləsindən sonra millət vəkili Qənirə Paşayeva onlara və universitetlərin kitabxanalarına Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını özündə əks etdirən materiallar, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, müsuqisini özündə əks etdirən kitablar və materiallar təqdim edib.
Millət vəkili həmçinin Hayfa şəhərinin meri Yona Yahav, merin müavinləri ilə görüşüb. Fikir mübadiləsindən sonra millət vəkili onları Bakıya dəvət edib və onlara Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını özündə əks etdirən materiallar, Azərbaycan musiqisi və mədəniyyəti ilə bağlı materialları təqdim edib.
Modern.az