Modern.az

Deputatlar hansı qaydada məzuniyyətə çıxırlar?

Deputatlar hansı qaydada məzuniyyətə çıxırlar?

2 İyun 2011, 12:20

Qanunvericiliyə əsasən, Milli Məclisin deputatları bu ilin iyulun 15-dən sentyabrın 1-ə qədər rəsmi qaydada məzuniyyətə gedəcəklər. Maraqlıdır ki, məzuniyyət müddətində deputatlar həm rəsmi tədbirlərə çağrılır, həm də xarici ezamiyyətə göndərilirlər.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a bildirib ki, deputatlar rəsmi şəkildə məzuniyyətə gedirlər:
“Ona görə də ehtiyac duyulduğu halda, hər hansı dövlət əhəmiyyətli tədbirlər keçirilərsə və yaxud xaricdə Azərbaycanı təmsil etmək lazım olursa, o zaman həmin deputatlar çağırılır və onlar rəsmi şəkildə həmin tədbirlərdə iştirak edirlər. Sonradan isə onların məzuniyyətinə bu günlər əlavə edilir. Bir sözlə, hər şey rəsmi qaydadır. Digər rəsmi qurumlarda məzuniyyət necədirsə, millət vəkilləri də bu şəkildə məzuniyyətə gedirlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır