Modern.az

Azərbaycandan 3 nəfər AKP-nin Konyadakı seçki zirvəsinə qatılacaq

Azərbaycandan 3 nəfər AKP-nin Konyadakı seçki zirvəsinə qatılacaq

2 İyun 2011, 12:31


İyunun 3-də Türkiyənin Konya şəhərində bu ölkənin hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkiləri ilə bağlı seçki zirvəsi keçiriləcək.

Tədbirdə Türkiyənin Baş naziri R.T.Ərdoğan da iştirak edəcək.

Bu zirvədə Azərbaycanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı, Nəsimi təşkilatının rəhbəri Məlahət İbrahimqızı və partiyanın gənclər təşkilatının sədri  Seymur Orucov təmsil edəcəklər.

Məlumatı Modern.az-a millət vəkli Məlahət İbrahimqızı verib.

Qeyd edək ki, YAP nümayəndələrinin Türkiyənin hakim partiyasının Konyadakı seçki zirvəsində iştirakının əsas səbəbi  partiyalar arasında isti münsibət, əməkdaşlıqla bağlıdır.

Xatırladaq ki, Konyadan hakim partiyanın deputatlığa namizədləri Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və Türkiyə-Azərbaycan parlamanetlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mustafa Kabakçıdır.

Modern.az saytının əldə etdiyi məlumata görə, bu zirvədə Azərbaycanın siyasi partiyalarından yalnız YAP dəvətlidir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular