Bu ilin avqust ayından etibarən Türkiyədə pornoqrafik məzmunlu saytlara giriş məhdudlaşdırılacaq. Modern.az türk KİV-lərinə istinadən bildirir ki, bu barədə müvafiq qərar türk höküməti tərəfindən mayın 31-də imzalanıb.
Qərara görə, türk internet-provayderlərinə 1 avqust 2011-ci ildən etibarən istifadəçilər üçün pornoqrafik, zorakılıq təbliğ edən, terrora çağırış məzmunlu saytlara girişi bağlamaq göstərişi verilib. Hələik “pornoqrafik saytlar” kateqoriyasına nələrin aid edildiyi açıqlanmayıb.
Modern.az