Türkiyədə yeni parlament seçkisinə sayılı günlər qalıb. 12 iyun tarixində Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər bütün türk dünyasının, o cümlədən Azərbaycanın diqqət mərkəzindədir. Əsas mübarizə baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifət cəbhəsini təmsil edən Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Dövlət Bağçalının Milliyətçi Hərəkat Partiyası (MHP) arasında gedir.
Türkiyədə çoxları AKP-nin şəriksiz qalib gələcəyini və Ərdoğanın təkpartiyalı hakimiyyət quracağını ehtimal edirlər.
Maraqlıdır, Azərbaycan ictimaiyyəti Türkiyədəki seçkiləri nə dərəcədə izləyir? Ölkəmizdə AKP, CHP və MHP-nin seçki mübarizəsi necə qiymətləndirlir?
Modern.az saytı oxuculara “Türkiyədəki seçkidə hansı partiya daha çox səs toplayacaq” sualı ilə müraciət edir.
Sualımızı cavablandırmaq istəyənlər saytımızın əsas səhifəsindəki “Sorğu” bölməsindəki cavablardan birini seçə bilərlər.
Beləliklə
AKP,
CHP,
MHP...?