Modern.az

Azərbaycanın Nabukko-da iştirak etməməsinin səbəbi məlum oldu

Azərbaycanın Nabukko-da iştirak etməməsinin səbəbi məlum oldu

2 İyun 2011, 15:17

İyun ayının 8-də Türkiyənin Kayseri şəhərində Nabukko qaz layihəsinin dəstəklənməsi ilə bağlı 4 ölkə arasında saziş imzalanacaq. Qeyd edək ki, indiyə qədər bu layihənin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycan daim dəstəkçi olub və bu layihədə iştirak edəcəyini bildirib. Lakin nədənsə bu dəfə Azərbaycanın adı sazişi imzalayacaq dövlətlər sırasında yoxdur.

Milli Məclisin iqtisadi-siyasi komitəsinin üzvi Əli Məsimli bildirib ki, Azərbaycanın müstəqliyini qoruyub saxlaması, bunu bəyan etməsi üçün üçün Avropaya inteqrasiya vacib məsələdir:  

“Bu gün Avropanın bir nömrəli məsələsi enerji təhlükəsizliyi ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycan fəal şəkildə iştirak edir. Amma necə ki enerji təhlükəsizliyi məsələsi Avropanın bir nömrəli məsələsidir, eyni zamanda Qarabağ məsələsi də Azərbaycanın bir nömrəli məsələsidir. İndi burada müqayisə aparmaq lazımdır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsinə göstərdiyi münasibəti Avropa Azərbaycanın bir nömrəli Qarabağ məsələsinə sərgiləyirmi? Halbuki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən Avropa qurumlarının müxtəlif qətnamələri var”.

Millət vəkili hesab edir ki, bu məsələrdə adekvat addımlar atılmalıdır:
“Hər halda indiyə qədər Nabukko layihəsində Azərbaycan dəstəkləyici bütün addımlar atıb. Ancaq indi bəzi məslələrə görə, Azərbaycanın burada iştirakı ertələnib. Başlıca səbəb isə Azərbaycanın tariflərlə bağlı razılaşmamasıdır. Ona görə də Azərbaycanın imzalanacaq sazişdə iştirakı ertələnib”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır