Modern.az

Bakcell digər operatorları qabaqladı, 1-ci oldu

Bakcell digər operatorları qabaqladı, 1-ci oldu

2 İyun 2011, 15:33

Mayın əvvəlindən Azərbaycanda fəaliyyət göstərən 3 əsas mobil operator – Azercell, Bakcell və Nar Mobile şirkətləri öz abunəçilərinə danışıq üçün kontur tarif sistemi deyil, manat sistemi tətbiq edir. İndi abunəçilərə mobil operatorların təklif etdiyi qiymətləri asan müqayisə etmək imkanı yaranıb.
Belədə abinəçilər üçün maraqlıdır: bu operatorların hansı daha sərfəli danışıq qiymətləri təklif edir..?

Modern.az saytı elə bu sualla oxuculara müraciət edib: siz hansı mobil operatorun xidmətindən istifadəyə üstünlük verirsiniz?

Saytımızda keçirilın sorğu bu gün yekunlaşıb. Sorğuya qatılanlar hansı mobil operatora (Azercell, Bakcell, Nar Mobile) üstünlük verdiklərini bildiriblər.

Modern.az-ın sorğusunun nəticələrinə görə, Bakcell birinci olub. Bu şirkət  29% səs toplayıb. Nar Mobile oxucularımızın  22%, Azercell isə 20%nin səsini qazanıb. 

Bu şirkətlərdən heç birinə səs verməyənlərin göstəricisi 25% olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal