Modern.az

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr

22 Sentyabr 2017, 22:33

Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələri açıqlayıb. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Trend" verilən məlumata görə, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.

 

Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.

 

Mərkəzdən bildirilib ki, şprislərin, təzyiq ölçən aparatların, termometrlərin gətirilməsi üçün tibb vasitələrinin idxalı üçün nəzərdə tutulan sənədlərin olması tələb edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI