Modern.az

Gömrük nəzarətindən gizlədilən xeyli siqaret aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən xeyli siqaret aşkarlanıb

25 Sentyabr 2017, 20:03

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb. Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI