Modern.az

Bakıda universitet tələbəsi müəmmalı şəkildə öldü

Bakıda universitet tələbəsi müəmmalı şəkildə öldü

25 Sentyabr 2017, 23:10

Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.

M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.

O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI