Modern.az

Güclü külək Masallıda yaşayış binasının dam örtüyünu uçurub

Güclü külək Masallıda yaşayış binasının dam örtüyünu uçurub

25 Sentyabr 2017, 23:23

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb. Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub.

 

Nəticədə orada avtomaşınlarını park edən sakinlərə məxsus 5-6 avtomaşına ciddi ziyan dəyib.

 

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI