Modern.az

"Referendum"da 95.93 faiz "hə" dedi: ABŞ narazıdır

Dünya

25 Sentyabr 2017, 23:37

İraq Kürd Muxtariyyətində təşkil edilən müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, bülletenlərin 95.93 faizindən “Hə”, 4.07 faizindən isə “Yox” səsi çıxıb. Ağ Ev növbəti dəfə İraq Kürd Muxtariyyətində keçirilən referendumla bağlı bəyanat yayıb.

Bu arada ABŞ "refendum"la bağlı mövqeyini açıqlayıb.

Ağ Ev sözçüsü Sara Sanders İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

"İraqın İŞİD-i yox etməsinə ümid edirik və İŞİD barədə düşünməli olduğunu hesab edirik", - Sanders qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı