Modern.az

Cəlilabadda ildırım düşən mağaza yandı

Cəlilabadda ildırım düşən mağaza yandı

25 Sentyabr 2017, 23:56

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb. Rayon ərazisində yağan aramsız yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanıb.

 

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI