Modern.az

PKK terrorçuları Türkiyədə mikroavtobusu atəşə tutdu: 3 ölü

PKK terrorçuları Türkiyədə mikroavtobusu atəşə tutdu: 3 ölü

Dünya

26 Sentyabr 2017, 00:26

Türkiyədə PKK terrorçuları mikroavtobusu atəşə tutub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ağrı şəhərində qeydə alınıb. Qeyri-leqal miqrantları daşıyan mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

 

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı