Modern.az

Soyğunçuluqla bağlı maddə dəyişdirilir

Soyğunçuluqla bağlı maddə dəyişdirilir

Aktual

26 Sentyabr 2017, 11:34

Cinayət Məcəlləsinin 180-ci maddəsinə (Soyğunçuluq) dəyişikliklər edilir.

 

Modern.az-ın məlumatına görə, Məcəllənin 180.1.-ci maddəsinə edilən dəyişikliyə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

 

Həmçinin Məcəllənin 180.3.3-cü maddəsi  (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—yeddi ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ləğv edilir.

 

Məcəlləyə yeni 180.4-cü maddə əlavə edilir. Yeni maddəyə əsasən, bu Məcəllənin 180.1-180.3-cü  maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə - cəzanın müddəti on üç ildən on altı ilədək müddətə qaldırılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI