Modern.az

Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

26 Sentyabr 2017, 12:49

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.

 

Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

 

Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI