Modern.az

Milli Məclisin komitə sədri: “Almaniyada ultra sağçıların qalib olması Avropa Birliyinin yanlış siyasətinin nəticəsidir”

Milli Məclisin komitə sədri: “Almaniyada ultra sağçıların qalib olması Avropa Birliyinin yanlış siyasətinin nəticəsidir”

26 Sentyabr 2017, 13:08

“Almaniyada keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bizi həm narahat edən,  həm də müsbət məqamlar var. Merkelin başçılıq etdiyi hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayaraq qalıb gəldi. Bu o deməkdir ki, Angela Merkel yenidən ölkənin kansleri olacaq. Hesab edirəm ki, bu Almaniya üçün yaxşı nəticədir”.


Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Almaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Fuad Muradov Almanıyada keçirilən son parlament seçkiləri ilə bağlı Modern.az saytının suallarını cavablandırarkən deyib.

Komitə sədri bildirib ki, Azərbaycan-Almaniya münasibətlərində hər zaman strateji istiqamətlər olub.

“Biz bunu qorumaqda, inkişaf etdirməkdə davam edəcəyik. İkinci yerdə olan Martin Şultsun Sosial-Demokrat Partiyası isə sağ yönümlüdür.Üçüncü yeri tutan Alternativ Partiyası kəskin şağ yönümlüdür. Onların qaçqınlar, miqrantlar məsələsində çox kəskin mövqeləri var. Almaniyada Alternativ Partiyasının - ultra sağçıların qalib gəlməsi isə Avropa Birliyində ikili standartların nəticəsidir. Almaniya bu gün Avropa Birliyinin ən böyük ölkəsidir. Almaniyada baş verən hər hansı proseslərin  nəticəsi yaxın zamanlarda digər ölkələrdə görünəcək”.


Fuad Muradov bildirib ki, Azərbaycan hər zaman dünyaya bəyan edib ki, tolerant,dözümlü ölkədir. “Biz hər bir siyasi qrupdan Dağlıq Qarabağla bağlı açıq, obyektiv və sərt mövqe gözləyirik. Mən inanıram ki, hər hansı bir siyasi partiyanın Bundestaqda tımsil edilməsindən asılı olmayaraq biz bu mövqeni görəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI