Modern.az

Putin Ruhani və Ərdoğanla kürd referendumunu müzakirə etdi

Putin Ruhani və Ərdoğanla kürd referendumunu müzakirə etdi

26 Sentyabr 2017, 14:58

Rusiya prezidenti Vladimir Putin İraq Kürdüstanındakı referendumu Türkiyə prezidenti Ərdoğan və İran lideri Həsən Ruhani ilə müzakirə edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov danışıqların detallarını açıqlamayıb.

“Bu mövzu telefon danışığı zamanı müzakirə olunub. Yenə də hesab edirik ki, ərazi bütövlüyü və siyasi stabillik region ölkələri üçün önəmlidir”.

 

Referendumun nəticələri cümə axşamı rəsmən elan olunacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı