Milli Məclis Azərbaycanın üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirilməsi ilə bağlı qanun layihəsini yenidən müzakirəyə çıxarır.
Modern.az-ın məlumatına görə, parlamentin payız sessiyasının qanunvericilik işləri planına bununla bağlı "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi daxil edilib. Qanun qəbul edilərsə, Konstitusiya qanunu statusunda olacaq.
Xatırladaq ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir neçə dövlətlərarası orqanın üzvdür. Bunlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və başqa qurumlardır.