Modern.az

Deputat Elşad Həsənovun doğum günüdür  

Deputat Elşad Həsənovun doğum günüdür   

27 Sentyabr 2017, 11:33

Bu gün Milli Məclisin deputatı Elşad Həsənovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Elşad Eldar oğlu Həsənov 1976-cı ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirib. 1992-ci ildə ilk dəfə keçirilən test üsulu ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. 1997-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirərək, həmin il aspiranturaya daxil olub.

 2004-cü ildə elmi iş müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi adı alıb.

1997- 2006-cı illər arası “Foton” şirkətində direktor vəzifəsində, 2006-2015-ci illərdə isə “Vestİndastiz Az”  və “KaspianKonsaltinq” şirkətlərində hüquqşünas kimi çalışıb.

2015-ci ilin noyabr seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsindən V çağırış Milli Məclisə deputat seçilib. Bitərəf olan E.Həsənov Milli Məclisin Gənclər və idman komitəsinin, eləcə də Elm və təhsil komitəsinin üzvüdür.

 Ailəlidir, 2 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI