Bu gün səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
İntihar edən şəxsin kimliyi artıq məlum olub. Bu, İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.
C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.
C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.