Modern.az

Azərbaycanda 3 yaşınadək uşağa baxan kişilərə GÜZƏŞT olacaq  

Azərbaycanda 3 yaşınadək uşağa baxan kişilərə GÜZƏŞT olacaq   

27 Sentyabr 2017, 10:31

 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 77-ci (İctimai işlər) maddəsinə dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən, himayəsində 8 yaşınadək uşağı olan qadınlara ictimai işlər tətbiq olunmur.

Dəyişiklik layihəsində yaş həddi 3-ə endirilir. Bundan əlavə, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə də ictimai işlərin tətbiq olunmaması qeyd edilir.

İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI