Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı türk hərbçi həlak olub.
Modern.az Türkiyə KİV-nə isrtinadən xəbər verir ki, terrorçularla jandarm qüvvələri arasında atışma zamanı Türkiyə hərbçilərindən 3-ü xəsarət alıb. Yaralılardan biri xəstəxanada ölüb.
Ərazidə antiterror əməliyyatı davam edir.