“İyunun 26-da Azərbaycanda hərbi paradın kecirilməsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Ona görə də bu barədə fikir söyləmək tez olardı”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi Zahid Oruc deyib. Depudat eyni zamanda qeyd edib ki, belə bir paradın əhəmiyyəti böyükdür:
“Paradın əhəmiyyətini böyük hesab edirəm. Düzdür, bəzən fikir səsləndirilir ki, demoktatik ölkələrdə hərbi parad olmur. Ancaq bu yaxınlarda elə İtaliyada hərbi parad kecirildi. Hətta həmin hərbi paradda ayrı-ayrı ölkələrin hərbçiləri də iştirak etdi. Bu, onu göstərirdi ki, bu fikirlər doğru deyil”.
Millət vəkili hesab edir ki, hərbi parad həm də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin nümayişidir: “Bu, Ordumuzun, əsgərimizin gücünü, texnikamızın qütrətini göstərən bir məsələdir. Dövlətimizin müdafiə qabiliyyətinin nümayişidir. Ən əsası isə gücümüzün ictimaiyyətin nəzərinə çıxarılmasıdır ”.
Modern.az