Modern.az

AzTV: Arif Alışanovun maşını cərimə meydançasına aparılmayıb - RƏSMİ

AzTV: Arif Alışanovun maşını cərimə meydançasına aparılmayıb - RƏSMİ

Aktual

27 Sentyabr 2017, 11:21

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV)  sədr Arif Alışanovun avtomobilinin ödənilməmiş cərimə səbəbindən cərimə meydançasına aparılması iddialarına cavab verib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Modern.az-a məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Sədrin avtomobili cərimə meydançasına aparılmayıb. Bu, növbəti dezinformasiyadır”.

 

Bu gün yayılan məlumata görə, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

O da qeyd edilir ki, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI