Modern.az

Bu il Azərbaycana 2 milyona yaxın əcnəbi gəlib  

Bu il Azərbaycana 2 milyona yaxın əcnəbi gəlib   

27 Sentyabr 2017, 11:33

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə Azərbayacan gələn əcnəbilərin sayı barədə məlumat verib.

Modern.az xəbər verir ki, nazirin sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb. Bu il Azərbaycana gələn turistlərin sayı 1 milyon 818 min nəfər təşkil edib.

Nazir deyib ki, bu il yalnız iyul-avqust aylarında hotellərdə 860 mindən çox adam yerləşdirilib.


Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda turizm sahəsində 46 mindən çox adam çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI