Modern.az

Neft ABŞ-dan gələn xəbərə görə bahalaşdı

Neft ABŞ-dan gələn xəbərə görə bahalaşdı

27 Sentyabr 2017, 11:34

Səhər saatlarından başlayaraq dünya bazarlarında neft bahalaşmağa başlayıb.

 

Modern.az xəbər verir ki. Amerika Neft İnstitutunun məlumatına görə, Brent markalı neft 0,66% bahalaşaraq 58,3 dollar olub.

 

WTI markalı neft isə 0,77% artaraq 52,28 dollara çatıb.

 

Ekspertlər bahalaşmanı Kürdüstandakı referendumun neft ixracı ilə bağlı yaradacağı problemlər və ABŞ-ın neft ehtiyatlarının həcminin azalması ilə bağlı olduğunu bildirir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI