Qafqaz Müsəlmanları İdarəsi “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişiklikləri dəstəkləyir. Bu barədə Modern.az saytına QMİ-nin mətbuat xidmətini rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, hələki qanuna dəyişikliklər layihə formasında olduğundan QMİ özünün tam mövqeyini bildirmir. Dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunduqdan sonra idarə bu barədə fikirlərini açıqlayacaq.
“Bir sözlə isə onu deyə bilərəm ki, dinlə bağlı qanuna təklif edilən dəyişikliyi müsbət qarşılayırıq”-deyə Rəhimə Dadaşova qeyd edib.
Xatırladaq ki, Milli Məclisin İnsan hüququları komitəsi “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlayıb. 19 təklifdən ibarət dəyişikliklər dini icmalarının yaranması, fəaliyyəti və digər məsələləri ehtiva edir.
Aytən Əliyeva