Milli Məclisin iyun ayının 10-da keçiriləcək iclasının gündəliyinə 24 məsələ daxil edilib. Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, gündəliyə daxil edilən məsələlərdə əsasən qanun layihələrinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Deputatlar “Əmək pensiyaları haqqında” qanuna, Əmək Məcəlləsinə, “Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında” qanuna dəyişklik edilməsini müzakirə edəcəklər. Bundan əlavə, parlament növbədənkənar sessiya çərçivəsində “Məhkəmə və hüquq mühüafizəsi orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanuna, Mülki Prossesual Məcəlləyə, “İcra məmurları haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Millət vəkilləri həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə dəyşiklikləri müzakirə edəcəklər.
“Plenar iclasın gündəliyinə “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna, İnzibati Prosessual Məcəlləyə dəyişiklik edilməsi və s. məsələlər daxil edilib”-deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
Aytən ƏLIYEVA