Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsdərləri regiona gələcəklər. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bernar Fasye, Robert Bradke və İqor Popovun iyunun ortalarında bölgəyə səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü iyunun 25-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
ABŞ, Fransa və Rusiya dövlət başçıları bir neçə gün öncə Dovil şəhərində verdikləri birgə bəyanatda münaqişə tərəflərini sülh prinsiplərini tezliklə razılaşdırmağa çağırıblar.
Modern.az