Modern.az

“Qarabağ”ın gənclər komandası “Roma”lı 19 yaşlılara uduzdu  

“Qarabağ”ın gənclər komandası “Roma”lı 19 yaşlılara uduzdu    

27 Sentyabr 2017, 15:59

Bu gün UEFA Gənclər Liqasının ikinci turunda Ağdamın “Qarabağ” və İtaliyanın “Roma” klublarının 19 yaşadək futbolçuları qarşılaşıb.

Modern.az-ın məlumatına görə, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da “Roma”lı həmyaşıdlarına uduzub. Ağdam klubu 3 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5 hesabı ilə uduzub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI