İtaliyanın paytaxtı Romada yerli sakinlərlə qaraçılar arasında başlayan mübahisə kütləvi davaya çevrilib.
Modern.az-ın məlumatına görə, mübahisəyə iki avtomobilin bir-birinə yol verməməsi səbəb olub.
Baş verən kütləvi dava nəticəsində bir nəfər xəsarət alıb.
Məlumata görə, az vaxt ərzində mübahisə o həddə çatıb ki, hadisə yerinə polis qüvvələri çağırılıb.
İnsident nəticəsində hətta iki polis əməkdaşının da davanın qarşısını alarkən xəsarət aldığı bildirilir.