Modern.az

Türkiyədən Şimali İraqa uçuşlar dayandırıldı

Türkiyədən Şimali İraqa uçuşlar dayandırıldı

27 Sentyabr 2017, 19:50

Türkiyə aviaşirkətləri Şimali İraqa uçuşları dayandırır. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ərbildəki baş konsulluğunun bəyanatında deyilir.

 

Məlumata görə, “Türk hava yolları”, “Atlas Global” və “Pegasus” şirkətlərinin Ərbil və Süleymaniyyə istiqamətində aviareysləri sentyabrın 29-dan həyata keçirilməyəcək.

 

Xatırladaq ki, bu gün İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumunun nəticələri açıqlanıb. Bölgənin seçki qurumu səsvermədə iştirak edənlərin 92,73 faizinin müstəqilliyə "hə" dediyini bəyan edib. Səsvermədə seçicilərin 72 faizinin iştirak etdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı