Türkiyənin İstanbul şəhərində leysan xarakterli yağış nəqliyyatın hərəkətini iflic edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün axşam saatlarında daha da şiddətlənən yağış yollarda gölməçələr əmələ gətirib. Güclü yağış səbəbindən avtomobillərin hərəkətini çətinləşdirib. Bir sıra küçələri və yaşayış evlərinin həyətlərini su basıb.