Modern.az

Əfqanıstanda hava limanı atəşinə tutuldu: 1 ölü, 4 yaralı

Əfqanıstanda hava limanı atəşinə tutuldu: 1 ölü, 4 yaralı

27 Sentyabr 2017, 21:30

Əfqanıstanda hava limanı raket atəşinə tutulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aeroportun yaxınlığına 20-30 mərmi düşüb. Paytaxt Kabildə hava limanının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, hadisəyə görə, məsuliyyəti Taliban öz üzərinə götürüb. Terror təşkilatı hücumda hədəfin ABŞ-ın müdafiə naziri Ceyms Mettis olduğunu açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı