Modern.az

"Oyunçulardan razı qaldım"  -  Qurban Qurbanov

"Oyunçulardan razı qaldım"  -  Qurban Qurbanov

27 Sentyabr 2017, 22:42

“Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli. İlk dəqiqələrdən rəqib nəyə qadir olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli olmağa və rəqibi tanımağa başladılar”.  Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Qarabağ" "Roma" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında bildirib. deyib.

 Baş məşqçi bildirib ki, oyunçulardan razı qalıb: "Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma “Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Roma”nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI