"Doğma meydanda geniş azarkeş kütləsi qarşısında oynamaq böyük üstünlükdür. Yağışa baxmayaraq möhtəşəm enerji vardı. Təxminən 55 min azarkeş gəlmişdi. Rəqib ilk dəqiqlərdə buraxdığımız kobud səhvləri bağışlamadı. Amma komanda sonadək mübarizə apardı". Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Roma" ilə görüşdən sonra jurnalistlərə bildirib.
Tahir Gözəl qeyd edib ki, "Qarabağ" hesabı 1:2 etdikdən sonra meydanda ab-hava dəyişib: "Bundan sonra rəqib bizdən çəkindi. Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm. Çox möhtəşəm oyun oldu. Bütün dünyanın gözü burda idi. Bura Çempionlar Liqasıdır, Avroliqa deyil. Nəhənglərin yarışıdır. Stadiondan qürur hissi ilə ayrılıram. Ən azı heç-heçə olmalı idi. Yaxşı mübarizəyə görə kollektivə təşəkkür edirəm".